30 Dekabr 2023 17:30
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 30 dekabr 2023-cü il tarixində Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Katsuya Vatanabeni qəbul edib.

Bu barədə Teleqraf.com-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildiirlib ki, Görüş zamanı səfir Katsuya Vatanabe etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.

Azərbaycanla Yaponiya arasında bir sıra istiqamətlərdə tarixi dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Bu çərçivədə yüksək səviyyəli ikitərəfli səfərlərin, siyasi məsləhətləşmələrin, iqtisadi komissiyanın işinin intensivləşməsinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında “yaşıl enerji”, nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.

Görüş zamanı, qarşı tərəfə Ermənistanın ölkəmizə qarşı təcavüzünün, qaçqın və məcburi köçkün probleminin, keçmiş münaqişənin tarixçəsi barədə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və 24 saatdan az bir müddətə həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər diqqətə çatdırılıb. Azərbaycanın Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu bildirilib.

Nazir səfirə ölkəmizdə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər