Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Ceyms Şarp bununla bağlı "X" hesabında yazıb.
“Yeni iliniz mübarək”, - keçmiş səfir paylaşımında vurğulayıb. Qeyd edək ki, sabiq səfir paylaşımını Azərbaycan dilində edib.
Xatırladaq ki, C.Şarp 2019-2022-ci illərdə Böyük Britaniyanın ölkəmizdəki səfiri işləyib.