Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o "X"də yazıb.
"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində nəzərdə tutulmuş qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşsa, daha məqsədəuyğun olardı" , - o bildirib.
Qeyd edək ki, Marketa Pekarova Adamova İrəvanda Ermənistan parlamentinin sədri ilə birgə mətbuat konfransında Azərbaycanın guya Ermənistanla danışıqlardan çəkinməsi barədə iddialar səsləndirib.