22 Fevral 19:59
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen görüşünün nəticəsi olaraq iki istiqamətdə Xarici İşlər Nazirliklərinə təlimat verildiyi açıqlandı. Sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması ilə bağlı müəyyən müzakirələrin aparıldığı gündəmdədir. Sözsüz ki, məsələ Azərbaycan hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. İndiki halda olan gəlişmələr reallığa, konkret proseslərə uyğundur.

Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

O qeyd edib ki, əgər sülh ətrafında erməni tərəfi növbəti dəfə manipuliyasiya edəcəksə, bu, xoşagələn olmayacaq:

“Sadəcə olaraq hər görüşün özünəməxsus reallığı və gedişi var. Bu da sözsüz ki, normal bir haldır. Hazırda Ermənistan tərəfindən müəyyən siyasi manevrlər izlənilir. Nikol Paşinyana qarşı daxili təzyiqlər də bu məsələdə təsirli görünür”.

Partiya sədri hesab edir ki, bu məsələdə zaman Azərbaycanın xeyrinədir:

“Sülh müqaviləsi nə qədər gec bağlanarsa, bu, o qədər yaxşı olar. Bu barədə Prezident İlham Əliyevin açıqlaması da var. Xəritələr və digər məsələlərə qədər Azərbaycanın mövqeyi açıqdır. Ona görə də, reallığa uyğun addım atılır”.

Mirmahmud Mirəloğlu Azərbaycanla Ermənistan arasında xəritələrə istinad və Kremlin bu prosesdəki yanaşmalarına da diqqət çəkib:

“Rusiya bütün gücü ilə sülh prosesinə mane olmağa çalışır. Kremlin istəyi odur ki, baş verənlərin hamısı onların iştirakı ilə reallaşsın. Sonuncu Münxen görüşü isə Moskvanın arzularını puç etdi. Çünki Rusiyanın sülh müzakirlərində olmaması, danışıqların rus dilində aparılmaması kimi məsələlər öz təsdiqini tapır. Görünən isə odur ki, Rusiya bütövlükdə Qafqaza sahib olmaq niyyətindən əl çəkmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər