ABŞ-nin hazırkı prezidenti Co Bayden ölkəyə rəhbərlik etsə, Birləşmiş Ştatlar üçüncü dünya müharibəsini hələ başlamamış uduzacaq.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Amerikanın keçmiş prezidenti Donald Tramp deyib.
"Əgər Bayden 2024-cü ildə qalib gəlsə, ondan da pisi gələcək", - deyə Tramp xəbərdarlıq edir.
Siyasətçinin vurğuladığı kimi, hazırkı prezidentin “əslində nə baş verdiyindən xəbəri yoxdur, lakin o, faşistlərin əhatəsindədir”.
O, ABŞ-ın hazırkı rəhbərliyinin bunun üçün ən qısa yolu seçərək ölkəni məhvə doğru apardığına qəti inandığını bildirib.