5 İyun 17:31
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfərə dəvət edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan lideri İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır", - Pakistanın Baş naziri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər