15 İyun 00:21
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda prezidentliyə namizəd Məsud Pezeşkiyan ölkədə məcburi hicab tətbiqini və hicab məsələsi ilə bağlı qadınlara qarşı müdaxiləni tənqid edib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə M.Pezeşkiyan paytaxt Tehrandakı təşviqat mərkəzlərindən birində keçirilən “Məsud Pezeşkiyanı dəstəkləyən qadınların konfransı”nda çıxış zamanı deyib.

O, çıxışı zamanı həyatı boyu səs almaq üçün yalan demədiyini deyib:

"Mən haqlara və ədalətə inanıram. Qadın, məzhəb və etnik mənsubiyyətlərin hüquqları mənim üçün önəmlidir. Kişi, qadın, türk, kürd və ya bəluc olması mənim üçün fərq etməz"

Ölkədə məcburi hicab tətbiqi ilə bağlı “Nur Planı” adlı proqramını tənqid edən Pezeşkiyan deyib:

"Biz türklərin "Nur Planı" ilə bağlı bir deyimi var. Bunun tərcüməsi "qaranlığa işıq deyirlər" deməkdir. 40 ildir ki, çadranı müdaxilələrlə düzəltməyə çalışırıq, ancaq daha da vəziyyəti pisləşdirməmişik? Bu plan bizi qaranlığa doğru çəkir. ."


Müəllif: Arzu

Oxşar xəbərlər