20 İyun 16:04
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh gündəliyində konstitusiya dəyişikliyi ilə bağlı Bakının tələbi fonunda qarşı tərəfin davranışları diqqət çəkir. Ermənistanın baş naziri Nikol Paşinyan indi diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Onun sonuncu dəfə “Azərbaycanla yeni sərhəd formalşdırmırıq, keçmiş sovet dövrünə aid sərhədləri təyin edirik” açıqlaması da məntiqdən tamamilə uzaqdır.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, keçmiş SSRİ-nin sərhədləri ilə bağlı yanaşmalara konkret fikir bildirmək olmaz:

“Onun hansı illərə aid olması məsələsinə baxılmalıdır. Paşinyan 1970-90-cı illərin xəritələrinə istinad edir. Keçmiş SSRİ dövründə respublikalar arasında qeyri-legitim, qeyri-qanuni sərhədlər olub. Bu sərhədlərə heç kəs əsas nümunə kimi yanaşmaz. Respublikalar arasında əsas sərhədlər 1918-20-ci illərdə mövcud olub. 1918-ci ildə Milli Şura qeyri-legitim olaraq İrəvanı ermənilərə güzəştə gedib. Lakin bundan sonra ermənilər Zəngəzura, Göyçəyə, Qarabağa və bütün Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. 1920-ci ildən başlayaraq 30-cu illərin birinci yarısına qədər Zəngəzur, Göyçə və Naxçıvan torpaqları Ermənistan SSR-yə verilib”.

Politoloq bildirib ki, Azərbaycan cəmiyyətində vaxtaşırı olaraq məhz tarixi torpaqların geri qaytarılması məsələsi gündəmə gətirilir:

“Ona görə də, bu gün ermənilərin müqəddəratı Zəngəzurda, Göyçədə həll olunur. Fakt odur ki, Sırbızyan, Köçəryan, II Katolikos qismində onların iddiasında Qarabağın məsələsinin gələcəkdə olması iddia edilir. Separatçı Samvel Şahramanyan özünü hansısa “ölkənin prezidenti” adlandırır.

İndi isə Qarabağ ermənilərinin və kilsənin istəyi ilə Ermənistanda hakimiyyət dəyişikliyinin olacağı ya da daha rasional düşünən şəxslərin istəklərinin reallaşacağı məsələsi aktualdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər