Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 156 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov qeyd edib.
Onun sözlərinə görə, bir nəfər öz ərizəsi ilə imtina edərək, seçki prosesindən çıxıb.