10 İyul 14:30
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra qalib dövlət kimi köhnə səhifəni bağlamaq və Ermənistanla yeni münasibətləri qurmaq, regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün sülh təşəbbüsü ilə çıxış etməyə başladı Təəssüf ki, Ermənistan məğlub ölkə kimi daxili təzyiqlər, revanşistlərin davranışları, regionda maraqlı olan dövlətlərin təhdidləri və vermiş olduğu təlimatlarla sülhün əldə olunmasından ən müxtəlif yollarla yayınmağa çalışır.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

“Azərbaycan Prezidenti tərəfindən birmənalı olaraq bəyan edilib ki, Ermənistan Konstitusiyasında və normativ hüquqi sənədlərində ölkəmizə qarşı olan iddialar aradan qaldırılmayınca sülh sazişinin imzalanması mümkün deyil. Bunun üçün qarşı tərəf bütün iddialardan imtina etməlidir. Təbbi ki, bunu təmin etmək üçün referendum keçirilməlidir. Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müvafiq normativ hüquqi aktlar dəyişdirilməlidir”, - deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, bunlar olmadan Azərbaycan Ermənistanla hər hansı bir sülh sazişinə getməyəcək:

“Burada Bakının mövqeyi ədalətlidir və beynəlxalq hüquq normalarına söykənir. Bu həmçinin ölkəmizin milli maraqlarına uyğundur. Məhz bu amil bağlanacaq sülh sazişinin davamlı olmasına, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün hər hansı bir boşluğun olmamasına xidmət edən yanaşmadır”.

Fəzail Ağamalıya görə, bu, Azərbaycanın ədalətli mövqeyidir:

“Təəssüf ki, Ermənistan buna getmir. Özünü “sülh göyərçini” kimi təqdim edən Ermənistan əksinə prosesi dağıtmaqla məşğuldur. Nikol Paşinyan və onun komandasının üzvləri Azərbaycanla sülh sazişini imzalamağa hazır olduqlarını bəyan edirlər. Hər dəfə bir aya sülh sazişini imzalamağa hazır olduqlarını deyirlər. Əgər onlar doğurdanda sülhə hazırdırlarsa, referendum keçirib Azərbaycana qarşı ərazi iddilarından imtina etməklə buna göstərə bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər