Azərbaycan Prezidenti İlham Əliyevin sülh müqaviləsi ilə bağlı Ermənistana bir sıra şərtləri var.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Erməni nəşri Əliyevin Şuşadan verdiyi son bəyanat əsasında iddia edir ki, İrəvanın tərəflərin müqavilənin imzalanmasına yaxın olduqlarına dair verdiyi mesajların əksinə olaraq, bu, ən azı yaxın iki ildə baş verməyəcək:
"Məsələ ondadır ki, Əliyev sazişin imzalanması üçün ilkin şərt kimi Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini irəli sürüb, Paşinyan isə Konstitusiya İslahatları Şurasına 2026-cı ilin dekabrında yeni konstitusiyanın konsepsiyasını təqdim etməyi tapşırıb.
Digər ilkin şərt 30 ildən artıq Qarabağ problemi ilə məşğul olmuş Minsk qrupunun buraxılmasıdır".