3 Sentyabr 19:58
2 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Konstitusiyası ilə bağlı mövqeyi tamamilə əsassızdır. Çünki Konstitusiya Müstəqillik Aktına və Azərbaycan Xalq Cumhuriyyətinə istinad edir. Ona görə də ölkəmizin ana qanununda yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Burada isə heç bir ərazi iddiası və digər məqam yoxdur.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, AXC o dövr Paris Sülh Konfransında (18 yanvar 1919–21 yanvar 1920) özünün tarixi sərhədləri çərçivəsində iştirak edib:

“Bunun xəritələri də sülh konfransında iştirak edənlərə təqdim edilmişdi. Ermənistanın narahatlığı isə tarixi Azərbaycan torpaqları ilə bağlıdır. Bu əslində tarixçilərin, Azərbaycanın və beynəlxalq hüquqşunasların iştirakı ilə qarşı tərəfə izah edilə biləcək məsələdir”.

Sabiq nazir hesab edir ki, indiki halda Ermənistan sülh danışıqlarından qaçmaq üçün müxtəlif mövzuları gündəmə gətirir:

“Vasitəçi olmadan da danışıqları aparmaq mümkündür. Çünki üçüncü tərəf burada öz marağını ortaya qoyacaq. Hazırda Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyası işini davam etdirir. Elə bu müstəvidə də digər mövzuları danışmaq olar”.

Elmar Məmmədyarova görə, Ermənistan sülhə maneə olan konstitusiyası ilə bağlı 2027-ci ildə düzəliş edəcəyini bildirir:

“Konstitusiyaya tam dəyişiklik etmədən də bu addımları atmaq mümkündür. Məsələn, ABŞ konstitusiyasında da dəyişiklik etmədən ona əlavə edilir. Ola bilsin ki, Ermənistan konstitusiyasında tam dəyişikliklər etmək barədə qərar qəbul edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər