5 Sentyabr 17:01
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazır olduğunu açıqladı. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Çin, Hindistan və ya Braziliya sülh danışıqlarında vasitəçi ola bilər. Bu açıqlamaya fikir verəndə görürük ki, hər üç ölkə Rusiyanın da üzvü olduğu BRİKS təşkilatının təsisçi ölkələridir. Yəni bir barmaq Rusiyaya daha yaxındırlar. Rusiya düşünür ki, onlarla danışmaq daha rahatdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, həmin ölkələrin təklif etdiyi sülh planı görünür Türkiyənin etdiyi təkliflərdən Rusiya üçün daha uyğundur:

“Eyni zamanda nəzərə almaq lazımdır ki, nə qədər Türkiyəyə dost ölkə kimi baxdıqlarını bəyan etsələr də, Türkiyə NATO ölkəsidir. Dolayısı ilə ABŞ və NATO üzvləri Qərb ölkələrinin strateji müttəfiqi sayılır. Bilavasitə bu, təhlükəsizlik sisteminə bağlıdır. Ona görə də düşünürəm ki, Rusiya Türkiyənin yox, məhz bu ölkələrin adını çəkib. Təbii başqa əsaslandırmalar da ola bilər. Çünki bu gün dünyada qlobal güclər içərisində adıçəkilən ölkələrin önündə Çin gedir. Əhalisinin sayına görə dünyada Çini də keçən Hindistan amili var. Yəni bu məsələlər də deyilə və əsas gətirilə bilər”.

Politoloq hesab edir ki, bu dövlətlər Rusiyaya daha yaxın olduqları üçün Putin bu ölkələrin adını çəkib:

“Çünki unutmayaq ki, Çinin vasitəçiliyindən sonra bu yaxınlarda Hindistan da vasitəçiliyə doğru addıma başladı. Hətta Ukraynaya ilk dəfə olaraq səfər edildi. Yəni dünənə kimi adı çəkilməyən Hindistanın birdən-birə adı çəkilməyə başladı. Bu da onunla bağlıdır ki, bunlar Rusiyaya daha yaxın hesab edilir. Çünki onlar hesab edir ki, Türkiyə müstəqil olsa da, ABŞ-ın hələ də Ankaraya təsir imkanları var”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər