11 Sentyabr 18:33
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva BRİCS-ə qoşulmaq məsələsində Bakıya müttəfiq kimi hər cür köməyi göstərməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə "Report"un sualını cavablandırarkən deyib.

“Biz hər bir ölkənin suveren istəyinə hörmətlə yanaşırıq. Azərbaycanın BRİCS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyi var", - o bildirib.

O xatırladıb ki, hazırda 30-dan çox dövlət BRICS ilə sistemli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

“Moskva bu məsələdə müttəfiq kimi Bakıya hər cür kömək göstərməyə hazırdır. BRICS-in qapıları açıqdır”, - M.Zaxarova vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər