Çexiyadan olan sərnişin Moskva hava limanında qeyri-adi alışqan səbəbindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, Şeremetyevoda B terminalının təhlükəsizlik keçid məntəqəsində 64 yaşlı əcnəbi saxlanılıb. Hava limanının təhlükəsizlik işçiləri rentgen cihazında sərnişinin çantasında əl qumbarasına bənzər bir obyekt görüb.
Dərhal hadisə yerinə polis və Rusiya Qvardiyasının partlayıcı ekspertləri cəlb olunub. Araşdırma zamanı şübhəli əşyanın alışqan olduğu məlum olub.