25 Sentyabr 01:33
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumatda deyilir ki, İvanişvili Rusiya şirkətlərinin Gürcüstan bazarına çıxış əldə etməsində, “Tbilisinin Avropa İttifaqı və NATO-ya daxil olmaq siyasətinə mane olmaqda” ittiham olunur.

Mümkün sanksiyalara siyasətçinin ABŞ-yə girişinə qadağa qoyulması, onun bu ölkədəki aktivlərinin (əgər varsa) dondurulması, ABŞ vətəndaşlarının və şirkətlərinin onunla biznes fəaliyyətinin qadağan edilməsi daxildir.

Ağ Ev Gürcüstanda xarici agentlər haqqında qanunun ləğvinə nail ola bilmədiyi üçün də məyus olduğunu da qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər