25 Sentyabr 21:18
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ekspo Mərkəzində "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər