08:00
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri və kanslerliyə namizədi Alis Vaydel keçmiş kansler Angela Merkeli ölkəni məhv etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində amerikalı milyarder İlon Maskla onlayn müzakirə zamanı danışıb.

"Merkel xalqdan soruşmadan 2015-ci ildə sərhədlərimizin qeyri-qanuni miqrasiyaya açılmasını sövq etdi", - siyasətçi bildirib.

O, həmçinin atom elektrik stansiyalarını bağlamaqda israrlı olan, onları günəş və külək enerjisi ilə əvəz etməyə çalışan Merkelin enerji siyasətini kəskin tənqid edib.


Müəllif: Arzu

Oxşar xəbərlər