Azərbaycan və Ermənistan arasında sülh üçün yeni imkanlar yaranıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Qarabağda işğalın başa çatması ilə davamlı sülh üçün fürsət açılıb. Sülhün bərqərar olması regionumuza yeni imkanlar gətirəcək.
Qarabağın işğalına son qoyulması davamlı sülhə nail olmaq yolunda mühüm addım idi. Regional sülh daimi olmalı və institutsionallaşdırılmalıdır. Bunu daha da irəli aparmaq mümkündür. Biz cənab Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyev - red.) qətiyyətli mövqeyini yüksək qiymətləndiririk”, - xarici işlər naziri bildirib.