01:20
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın yeni seçilmiş prezidenti Cozef Aun İsraillə münaqişədən sonra, eləcə də iqtisadi böhran qarşısında ölkənin yenidən qurulmasında əsaslı rol oynayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Livan liderinə təbrik məktubunda bildirib.

“İki ildən artıqdır ki, Livan xalqı təkcə dağıdıcı müharibədən və davam edən maliyyə böhranından deyil, həm də milli liderliyin çatışmazlığından əziyyət çəkir. İndi Livan xalqı seçdikləri parlamentarilər vasitəsilə öz gələcəyini müəyyən etmək üçün demokratik hüququndan istifadə edib. O, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək sülh, təhlükəsizlik, suverenlik və yenidənqurma yolunu seçib”, - təbrikdə deyilir.

Bayden qeyd edib ki, ABŞ Livanı tutduğu yolda dəstəkləyəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər