Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkiləri ilə əlaqədar vahid seçki fonduna vəsaitin daxil olması və xərclənməsi barədə ilkin maliyyə hesabatını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabr ayının 24-dək olan vəziyyətə görə, fonda 126.000 manat vəsait daxil olub.
Xərclər barədə isə məlumat qeyd olunmayıb.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək. Seçkilərdə 16 min 148 nəfərin namizədliyi qeydə alınıb. 23 siyasi partiyanı təmsil edən namizədlərin ümumi sayı 8 min 429 nəfərdir. Həmçinin 25 min 685 müşahidəçi də akkreditasiyadan keçib. Yanvarın 6-dan start götürən seçkiqabağı təşviqat kampaniyası yanvarın 28-i saat 08:00-da başa çatacaq.