Seçkilər Azərbaycanda böyük maraqla qarşılanır.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 25 siyasi partiyadan 24-ü seçkilərdə iştirak edir:
"Cəmiyyətin bütün təbəqələri seçkilərdə iştirak edir. Məntəqələrdə vətəndaşların səs verməsi üçün bütün şərait yaradılıb. Çalışmışıq ki, məntəqələrdə müşahidəçilər üçün də çətinlik olmasın. Bundan başqa, media da icazəsiz müşahidəçi ola bilər. Xatırladım ki, müşahidəçilərimizin sayı ümumilikdə 71 209 nəfərdir. Kimsə seçicinin səsverməsinə mane ola bilməz. Əgər buna cəhd olsa, qarşısı alınacaq".