Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 31.45 faiz olub.
O, bildirib ki, səsvermə hüququna malik 5 milyon 961 min 625 nəfərdən 1 874 810 seçici səs verib.
Yekun nəticələrin bir neçə saata elan olunacağı gözlənilir.
Qeyd edək ki, 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.
Həmçinin seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.