Səhiyyəyə ayrılan vəsait 30 dəfə artırılıb. Bu da Azərbaycanda davamlı aparılan islahatların nəticəsidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə Səhiyyə naziri Teymur Musayev deyib.
O bildirib ki, 700-dən artıq tibb müəssisəsində yenidəqurma işləri aparılıb: "Onların 70 faizi bölgələrdə yerləşən müəssisələrdir".