29 Yanvar 12:04
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

Teleqraf.com xəbər verir ki, o, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 8 071 bələdiyyə üzvü seçiləcək.

Seçkilərdə ümumilikdə 16 min 96 namizəd mübarizə aparır. Onlardan 8504 nəfəri 24 siyasi partiyanın üzvüdür.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər