Seçkidən əvvəl Suriyadan çəkiləcəyini vəd edən ABŞ Prezidenti Donald Trampın administrasiyası son vaxtlar bu ölkədəki sayı 2000-ə çatdırılan Amerika hərbçilərini geri çəkməyə hazırlaşdığını bildirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Türkiyə portalı xatırladır ki, Tramp ABŞ-nin Suriyadakı hadisələrə müdaxilədən çəkinəcəyini də vəd edib:
“İsrail mediasının məlumatına görə, Tramp vəzifəyə gəldikdən sonra bu vədi yerinə yetirmək üçün addımlar atacaq. Bu qərar Ağ Evdən verilən təsdiqləyici açıqlamadan sonra İsraildə narahatlıq yaradıb. Xarici diplomatik mənbələrdən verilən məlumata görə, Amerika qoşunlarının Suriyadan çıxarılması prosesində Tramp Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla koordinasiyalı hərəkət edəcək.
Yenə eyni mənbələrə görə, Tramp Amerika qoşunlarının çıxarılması üçün Türkiyəyə İsraillə münasibətləri bərpa etməyi öhdəsinə götürməsi şərtini qoyub.
İsrail baş nazirinin ofisi ABŞ-nin Suriyadakı hərbi mövcudluğu ilə bağlı planlarını şərh etməkdən çəkinib”.