10:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasına səfərə hazırlaşırlar.

Milli Məclisdən Teleqraf.com-a verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yanvarın 30-da Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.
Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Rauf Raif Denktaş və Dr.Fazıl Kiçik II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda iştirak edəcəklər. Türkdilli dövlətlərdən olan elm adamlarının qatılacağı tədbirdə müxtəlif sahələrdə araşdırmalara dair müzakirələr aparılacaq.
Səfər fevralın 2-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər