Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə Ankarada birgə mətbuat konfransı keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra XİN rəhbərləri mətbuata açıqlamalar verirlər.
Konfrans zamanı Hakan Fidan Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşünün Azərbaycanda baş tutacağını açıqlayıb.
Həmçinin Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalandığı bildirilib.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycan, Türkiyə və Özbəkistanın üçüncü üçtərəfli nazir görüşü Bakıda keçiriləcək.