11:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhaliyə göstərilən tibbi xidmət yaxşılaşdırılır, bu yöndə uğurlu islahatlar həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə parlamentin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu sahədə böyük işlər görülür:

“Əhalinin İcbari Tibbi Sığortadan gözləntiləri çox böyükdür. Bu günə kimi bir çox məsələlər əhalinin narazılığına səbəb olub. İlkin tibbi xidmətlə bağlı da xeyli işlər görülüb. Ailə həkimi institutunun yaradılması istiqamətində uğurlar əldə olunsa da ciddi təkmilləşməyə ehtiyac duyulur”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər