Ermənistan bölgədə kommunikasiyaların açılması ideyasını dəstəkləyir.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gürcü həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O xatırladıb ki, Ermənistan özü Azərbaycana “olduqca konstruktiv” təklif təqdim edib və cavab gözləyir.
A.Mirzoyan qeyd edib ki, Ermənistan kommunikasiyaların açılmasından sonra prosedurları sadələşdirə bilər.
XİN başçısı nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgəyə böyük iqtisadi faydalar gətirəcəyini əlavə edib.