10:40
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti insan itkisinə görə, Vaşinqton üzərindəki aviakatastrofanın son illərdə ölkədə baş verən ən böyük faciə adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanal xatırladır ki, 1982-ci ildə "Air Florida" təyyarəsi Arlinqton və Vaşinqtonu birləşdirən 14-cü küçə körpüsünə çırpıldı və 78 nəfər həyatını itirib.

Qeyd edək ki, Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub. Kansas ştatının Uiçito şəhərindən uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə Potomak çayına düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.

Xilasedicilər əlavə ediblər ki, axtarış-xilasetmə işləri çox cətin şəraitlər altında keçir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər