Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmi hərraca çıxarılacaq.
Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac martın 4-də keçiriləcək.
İnvestorlara 1987-ci ildə istehsal edilmiş "ƏLİF HACIYEV" elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "QRADUŞİY" təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.