11:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin səhiyyə xidməti təhkim olunma qaydası ilə həyata keçirilir. Xüsusi diqqəti ana və uşaq sağlamlığına ayırmışıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.

Onun sözlərinə görə, ilkin tibbi sanitariya xidmətinin yaradılması nəzərdə tutulub.

“Bəzi ərazilərdə tibb bacılarının həkim məsləhətinə ehtiyacı olduğu zaman teletibb komponentini yaratmağı nəzərdə tutmuşuq. Lakin teletibblə əlaqəli qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var. Teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır. Bununla bağlı qanunvericiliyin qəbul olunması təklif olunub. Layihəni hazırlayanda beynəlxalq təcrübəni əsas götürmüşük. ”- deyə Şərafət İsmayılova qeyd edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər