10:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həzi Aslanov” metro stansiyasının təmir işlərinin 1 il yarım-2 il müddətinə bitməsi nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, təmirin daha tez başa çatması üçün işlər intensiv şəkildə davam edir.

Qeyd edək ki, stansiyanın dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib.

Təmir-bərpa işlərinə 2024-cü il noyabrın 30-da başlanılıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər