Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov Ankaraya işgüzar səfər edib.
Teleqraf.com xəbər verir ki, nazir Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
XİN-dən verilən xəbərə görə, Ceyhun Bayramovun nazirlərin üçtərəfli görüşündə çıxışı gözlənilir. Onun səfər çərçivəsində, həmçinin bir sıra yüksək səviyyəli şəxslərlə görüşləri də nəzərdə tutulur.