20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib.
Teleqraf.com xəbər verir ki, görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.
Müraciətlər əsasən, sosial təminat, məşğulluq və infrastruktur problemləri ilə bağlı olub. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.
Samir Vəliyev digər məsələlərin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib. Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.