İrredentizm Ermənistanın əsl niyyətini açıq şəkildə göstərir.
Bunu Teleqraf.com-un sualına cavab olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
"İrredentizm (Əsassız torpaq iddiası-red) Ermənistanın əsl niyyətini açıq şəkildə göstərir. Sülhün təmin edilməsi üçün İrəvan bu ideyadan və ekspansionist siyasətindən imtina etməlidir. Ən vacib məsələ isə Ermənistan konstitusiyasının dəyişdirilməsi və oradakı Azərbaycana qarşı ərazi iddialarının tamamilə aradan qaldırılmasıdır",- o qeyd edib.