"Səhhətimlə bağlı hər şey qaydasındadır. Barəmdə yazılanların hər biri yalandır".
Bunu Teleqraf.com-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib.
"Kimin ağlına nə gəlir yazır. Heç bir problem yoxdur. Bakıdayam, indi də ofisimdən çıxıram", - deyə əlavə edib.
Xatırladaq ki, sabiq millət vəkilinin səhhətinin pisləşdiyi və Almaniyada xəstəxanaların birinə yerləşdirildiyi iddia olunurdu.