10 Sentyabr 2020 12:36
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlillik dərəcəsi almaq istəyən vətəndaşların 74 faizinin elektron müraciətinə imtina cavabı verilir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, əlilliyin təyinatındakı çətinliklərlə bağlı sorğular ona edilən ən çox müraciətlər sırasındadır:

“Prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir. Vətəndaş forma 88 adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.

Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”.

İqtisadçı deyir ki, bütün rayonlarda vəziyyət oxşardır: “Əslində, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır. Bizə olan müraciətlər də göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız, təəssüf ki, süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər.

Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin, eləcə də kütləvi imtinanın hansı meyarlarla həyata keçirildiyi bəlli deyil. O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər