Azərbaycanda hazırda övladlığa verilə biləcək uşaq sayı 23-dür.
Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, son bir il ərzində 27 uşaq övladlığa verilib.
Agentlikdən həmçinin bildirilib ki, bu ilin 11 ayı ərzində övladlığagötürmə ilə bağlı 137 müraciət daxil olub.