31 Dekabr 2020 13:19
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyası səbəbilə bu il dünyada yeni il axşamı əvvəlki qaydada keçirilməyəcək. Pandemiyada bayram günü nələrə diqqət etməliyik?

Teleqraf.com xəbər verir ki, ənənəvi qaydadan fərqli olaraq bu il bayramda kütləvi yeni il şənliklərindən yayınmaq zəruridir.

Eyni zamanda, yeni il süfrəsində nə qədər çox təam olsa da, az yemək lazımdır. İlin ilk günü yorğun olmaq istəmirsinizsə, yeməyi tələsmədən yeyin.

Axşam saatlarında ağır yeməklər sağlamlığınıza zərərdir. Qəlyanaltı seçimində mədəni rahatlaşdıran qidalara üstünlük verilmək tövsiyə olunur. Yeməyi şorba içməklə sonlandırsanız, bu, həzm prosesini asanlaşdırar və daha rahat yatmağımıza kömək edər.


Müəllif: Xanım Elxanqızı

Oxşar xəbərlər