3 Fevral 2021 19:14
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, fevralın 2-dək ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub.

Birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.
Fevralın 05-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.
65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.
Fevralın 08-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.
Qeyd edək ki, bu həftə ölkəyə daha 500 000 doz peyvənd gətiriləcək. Daha sonra alınmış peyvəndlər mərhələlərlə qəbul olunacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər