ABŞ-da hər 3 nəfərdən biri COVID-19 vaksinindən imtina edir.
Teleqraf.com xəbər verir ki, amerikalıların 15 faizi mütləq peyvənd olunmaq, 17 faizi isə qismən peyvənd olunmaq istəyir.
Aparılan tədqiqat zamanı sorğuda 1055 nəfər iştirak edib.
Peyvənd olunmaq istəməyənlərin böyük hissəsi isə vaksinin etibarlı olmadığını düşünür.
Harvard Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Uliam Hanq bildirib ki, vaksinin təsirini müəyyən etmək üçün əhalinin azı 70 faizi peyvənd olunmalıdır.
Qeyd edək ki, ABŞ-da Pfizer BionTech vaksini tətbiq olunur. 33 milyon nəfərə vaksinin ilk dozası, 9.8 milyon nəfərə isə ikinci doza vurulub.