3 Aprel 2021 17:04
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 780 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 924 813, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 582 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342 350 təşkil edir.

Müəllif: Teleqraf.com