Ötən gün şikayətçi Əlövsət Ağayevin "Sezam.az" onlayn alış-veriş platformasından sifariş verdiyi məhsulda yaşadığı problemlə bağlı xəbər yayımlamışdıq.
Teleqraf.com xəbər verir ki, məlumat işıqlandırıldıqdan sonra "Sezam" müştəriyə məhsulun ödənişini geri qaytarıb.
Əlövsət Ağayev ödənişin geri qaytarılması ilə bağlı rəsmi sənədin fotosunu saytımıza göndərərək təşəkkür edib.
Xatırladaq ki, şikayətçinin sezam.az saytından sifariş verdiyi məhsul problemli olsa da, şirkət məsuliyyətdən yayınaraq müştərinin ödənişini geri qaytarmırdı.
Müştəri İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi qurumuna, həmçinin Azad İstehlakçılar Birliyinə müraciət etsə də, "Sezam.az" məsuliyyətdən boyun qaçırırdı.