5 May 2023 12:21
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qazilər nömrəsiz maşın sürür" kimi sözü eşitmək istəmirik. Dövlət tərəfindən illər əvvəl bildirildi ki, qazi maşınları əlil arabası olduğu üçün texniki baxışdan keçirilmir.

Teleqraf.com xəbər verir ki, bunu Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşkilatçılığı ilə "Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həll yolları və prespektivlər" mövzusuna həsr edilmiş tədbirdə deyib.

O qeyd edib ki, elektron maşınlar ölkəyə gətirildikdən sonra Qarabağ qazilərinin maşınları texniki baxışdan keçirildi: "Sığortayla bağlı cərimələr gəlməyə başladı. İstədiyimiz odur ki, bu cərimələr ya dayandırlsın, ya da 5 il müddətinədək yazılan cərimələr silinsin. Elektron maşınlar çıxdıqdan sonra illər əvvəlin cərimələri də yazılmağa başladı. Bu cərimələrin qarşısı alınsın, Qarabağ qaziləri də maşınlarına nömrələrini taxıb istifadə etsin".


Müəllif: Yeganə Oqtayqızı