5 Fevral 16:26
3 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib:

“Yeni Sərəncamla sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalları da Dövlət Statistika Komitəsinin məlumatı əsasında istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 8,8 faiz indeksləşdirilərək artırılır. Göründüyü kimi, həmin pensiya kapitalları sosial sığorta ayırmaları ilə yanaşı, hər ilin əvvəlində dövlət tərəfindən də indeksləşdirilərək artırılır”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər