31 Avqust 2016 15:05
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, hazırda Təzə Pir məscidində bəstəkarla vida mərasimi keçirilir.

Bəzi tanınmışlar sosial şəbəkələrdə Oqtay Zülfüqarovu yad edib, onunla bağlı xatirələrini bölüşüblər. Qəribəsi odur ki, başqa günlərdə biri-birilərinin doğum günlərini səsli, videolu təbrik edən, daha diqqətli mövqe sərgiləyən sənət adamları bu ölümə səssiz qaldılar.

Amma bəstəkarı yad edənlər oldu və onları təqdim edirik:

Əməkdar artist Aybəniz Haşımova: “Ölkəmizin dəyərli incilərindən olan, uşaqların sevimli nəğmələrinin bəstəkarı, gözəl insan, əsl ziyalı Oqtay Zülfiqarov rəhmətə getdi. Əsl sənətin bir dəyərli yarpağı da düşdü. Qopdu kökündən… Çox təəssüf... Çünki belə sənətkarlar tək sənəti ilə deyil, həm də insanlığı ilə dəyərli və əvəzsiz olurlar. Əlimizdən nə gəlir? Allah rəhmət eləsin!”

Aktyor Bəhram Bağırzadə: “Bu gün mənim həyatımda ən kədərli günlərdən biridir, çünki böyük, müdrik və inanılmaz xeyirxah insan və görkəmli Azərbaycan bəstəkarı Oqtay Zülfüqarov vəfat etdi. O, çox gözəl həyat yaşadı. Həyatını bütünlüklə musiqiyə həsr etdi, onun yazdığı musiqilərin sədaları altında neçə-neçə nəsil böyüdü. Onun bəstələdiyi saf uşaq mahnıları hələ neçə əsrlər uşaqlara parlaq gələcək bəxş edəcək.


Nə vaxt ki, belə insanlar bizi tərk edir, həyatımız daha bir parlaq ulduzunu, daha bir qızıl günəş şüasını itirir. Oqtay müəllim günəşlə əhatə olunmuşdu və bu işığı o insanlarla da bölüşürdü.

Xoşbəxtəm ki, bəxtimə nəinki Oqtay müəllimlə tanış olmaq, həm də onun kiçik dostu olmaq düşdü. Ağsaqqal kimi həmişə mənim yeni yaradıcı layihələrimi dəstəkləyir və əksəriyyətində fəal iştirak edirdi. Siz həmişə ürəyimin bir hissəsi olaraq qalacaqsınız”.


Aktyor Tural Əhməd: “Allah sizə rəhmət eləsin, Oqtay müəllim”

Nərmin


Müəllif:

Oxşar xəbərlər