2 Sentyabr 2016 12:12
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda köməksiz vəziyyətdə qalan insanlar xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin edilib.

İlhamə ƏBÜLFƏT


Müəllif: