18 Sentyabr 2016 17:34
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ölüm faktı qeydə alınıb.


Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Əyyublu kənd sakini 1992-ci il təvəllüdlü Aytən İsmayılova Tovuz rayon Mərkəzi rayon xəstəxanasına aparılıb.

Müayinə zamanı onun öldüyü məlum olub. Yaxınları A.İsmayılovanın telefonla danışdığı yerdə dünyasını dəyişdiyini bildiriblər. Məlumata görə, Aytən İsmayılova iki övlad anası, 3-cü övlada isə 6 aylıq hamilə olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər